Xəbər lenti

10 erməni hərbçi Qarabağda itkin düşdü
Ölkə06:10 13.04.2016

10 erməni hərbçi Qarabağda itkin düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Helsinki Vətəndaş Assambleyasının (HVA) Vanadzor ofisi aprelin 2-də Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüşlər zamanı itkin düşən hərbçilər barədə məlumatları toplayır.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, döyüş meydanında həlak olan hərbçilərin cəsədlərinin qaytarılması zamanı itkin düşdüyü ehtimal olunan 18 erməni hərbçinin nəşi ailəsinə təhvil verilib. 

HVA-nın Ermənistan üzrə koordinatoru Armine Sadikyanın sözlərinə görə, Exniker və Carkan hərbi hissələrində qulluq edən 10 erməni hərbçisi ilə bağlı indiyədək heç bir məlumat yoxdur. Həmin şəxslərin itkin düşdüyü hesab olunur. 

Qaynar.info