Xəbər lenti

10 ildən sonra övladları oldu, qəfildən vəfat etdi - Biləsuvarda faciə
Ölkə05:33 11.12.2024

10 ildən sonra övladları oldu, qəfildən vəfat etdi - Biləsuvarda faciə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Biləsuvar rayonunda azyaşlı ölüb.
Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndində olub.
Belə ki, kənd sakini 2020-ci il təvəllüdlü Nuray Niyaməddin qızı Əliyevanın qəflətən halının pisləşməsini görən valideynlər uşağı rayon xəstəxanasına çatdırıb.
Həkimlərin səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 10 ildən sonra doğulan Nuray ailənin yeganə övladı olub.