Xəbər lenti

10 milyona az qaldıq
Ölkə17:20 12.08.2016

10 milyona az qaldıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb.
Dövlət Statistika Komitəsindən Qaynarinfo.Az-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 49,9 min nəfər və ya 0,5 faiz artaraq bu ilin iyulun 1-i vəziyyətinə 9755,5 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadratkilometrə 113 nəfər olub.
Əhalinin ümumi sayının 53,1 faizini şəhər, 46,9 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Hazırda hər 1000 kişiyə 1007 qadın düşür.
Qaynarinfo.Az