Qobustan Dövlət Tarix və Bədii Qoruğu Azərbaycan ərazisində arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq.
Qaynar.info xəbər verir ki, Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakidan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit -orta daş dövrü (10 min il əvvəlki dövr) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s. var.
Bu tarixi abidə ilə bağlı aparılanm araşdırmalar nəticəsində on iki insan skleti aşkar olunub. Firuz düşərgəsində açılmış son mezolit dövrü qəbrindəki insanların kəll sümüklərinin antropoloji quruluşu, onların elmi tədqiqi zaman müəyyən olunub ki, onlar müasir azərbaycanlıların əcdadlarıdır.