
"Elektromobil üçün düzgün dönmə bucağı seçilməyib"
Qobustan rayonunda yerləşən Bağ-bağat əyləncə istirahət mərkəzində faciəli yaşanıb.
ANS TV-nin məlumatına görə, Bakı Oksford Məktəbinin müəllim və şagirdlərindən ibarət bir qrup insan bura əylənməyə gəlibmiş. Elə bu məqsədlə də onlardan bir neçə nəfəri Qolf maşını ilə əyləncə istirahət mərkəzini gəzintiyə çıxıb. Ancaq qəfildən elektromobil aşıb. Nəticədə maşında olan 10 yaşlı Qorcu Dəniz Tərlan qızı hadisə yerində dünyasını dəyişib. Məktəbin digər şagirdi - 12 yaşlı Hacızadə Ayla Rövşən qızı və məktəbin müəllimi, 43 yaşlı Əzizova Aytən Faiq qızı müxtəlif bədən xəsarətləri ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisə baş verdikdən sonra ilk yardıma gələn əyləncə istirahət mərkəzinin işçiləri olub. Elə yaralıları da xəstəxanaya onlar çatdırıb. Ancaq öyrəndik ki, hər iki yaralı sonradan paytaxta gətirilib. Hadisəyə səbəb olan elektromobilin niyə aşmasına gəlincə əyləncə istirahət mərkəzinin rəsmisi buna onun idarəsi zamanı düzgün dönmə bucağının seçilmədiyini əsas gətirdi.
Faktla bağlı Qobustan rayon Polis Şöbəsində araşdırma aparılır.
Qaynar.info