
“10 Yaşlı istək!”
Dalğa Genclər Hərəkatı onuncu ilini qeyd edir.
Qaynar.info xəbər verir ki, 12 fevral 2015-ci il tarixində Azərbaycan ictimai tarixində xüsusi yerə sahib olan Dalğa Gənclər Hərəkatının (Dalğa GH) təsis edilməsinin 10 ili tamam olur. Hər il yaranış gününü xüsusi qeyd etməklə mesajlarını təkrarlayan hərəkat bu il üçün xüsusi hazırlıq görüb.
“Mont İnn Hotel”də təşkil olunacaq “10 yaşlı istək” adlı tədbir-partilə Dalğa GH öz yubleyini qeyd edəcək. Tədbirdə hərəkatın fəaliyyətində iştirak etmiş şəxslər, həmfikir gənclər, millət vəkilləri, ictimai xadimlər və qurumun təsisçiləri qatılacaq. İki hissədən ibarət olacaq tədbirdə rəsmi hissə 21:00-da başa çatacaq və əyləncə ilə davam edəcək. Yubley mərəsiminə giriş pulsuz olacaq.
Xatırladaq ki, 12 fevral 2015-ci il, saat 18:00 – 23:30-da “Mont İnn Hotel”-in 6-cı mərtəbəsində (Nəriman Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 48) 10-cu ilini qeyd edən Dalğa GH-nın əsası 2005-ci ildə bir qrup İqtisad Univerisiteti tələbəsi tərəfindən qoyulub. Bu günə qədər bir çox yeniliklər edən hərəkatın əsas məqsədi Azərbaycan gənclərini maarifləndirmək, Avropa dəyərlərinin təbliği, liberal-demokratik prinsiplerin yayılması kimi sivil pirizmadan çıxış etməkdir. Daha çox qeyri-adi aksiyaları ilə yadda qalan qurumun hazırkı sədri İqtisad Univerisitetinin tələbəsi Hacı Zeynallıdır.
Qaynar.info