10 yaşlı Ləman anadangəlmə Spinal Muskulyar Atrofiya (SMA) xəstəliyindən əziyyət çəkir. Bu ağır xəstəlik səbəbindən o, həkimlərin təyin etdiyi Evrysdi (risdiplam) dərmanını ömürlük qəbul etməlidir.
Ləmanın anasının sözlərinə görə, dərman hazırda Azərbaycanda satışda yoxdur. Buna görə də ailə preparatı daha münasib qiymətə Koreyadan sifariş edir. Buna baxmayaraq, dərmanın qiyməti onların maddi imkanlarını xeyli aşır.
Ana bildirib ki, həkim təyinatına əsasən, Ləman hər gün 6 ml dərman qəbul etməlidir, lakin ailənin dərmanı almağa imkanı çatmadığından, 3-4 ml verə bilirlər. Bu isə müalicənin tam şəkildə aparılmasına mane olur.
Ləmanın hər ay iki qutu dərmana ehtiyacı var. Dərmanın bir qutusunun qiyməti 1100 manat olduğundan müalicəni davam etdirmək ailə üçün olduqca çətindir.
Bu səbəbdən ailə xeyirxah insanlara müraciət edərək, Ləmanın müalicəsinin davam etməsi üçün maddi dəstək göstərilməsini xahiş edir. Edilən hər bir yardım Ləmanın sağlamlığının qorunmasına dəstək olar.
Ləmana dəstək olmaq istəyənlər aşağıdakı bank kartına ianə edə bilərlər:
Bank kartı:
4169 7388 8989 7082
Şərhlər