Xəbər lenti

100 manatlıq it əti satmağa icazə var - Şok açıqlama
Ölkə08:10 17.04.2017

100 manatlıq it əti satmağa icazə var - Şok açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ölkədə “leş mafiya”sı var və 20 ilə yaxındır bu mafiya ilə mübarizə aparırıq”.

Bu sözləri “Yeni Müsavat”a müsahibəsində “Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynov bildirib.

“İstehlakçı hüquqlarının qorunmasına dair qanun zəifdir. Qanun deyir ki, istehlakçını 100 manata qədər aldatmaq olar. Yəni, it ətini quzu əti adı altında alıcıya sat, bunun üçün məsuliyyət yoxdur. 

101 manat oldusa, məsuliyyət var. 10 ton murdar əti 3-5 kiloqram olmaq şərti ilə sata bilərsən. Qanunla bu yaramaz əmələ görə satıcının məsuliyyəti yoxdur. Cərimə də elədir ki, onu asanlıqla ödəyə bilirlər”.

O deyib ki, ətlərə xüsusi dadlandırıcılar vurulur, belə ətləri emal edib piştaxtaya çıxarırlar:

“Sadə alıcı həmin ətin ümumi görünüşünü mal ətindən ayıra bilməz. Kolbasa və digər ət məhsullarının tərkibində isə ümumiyyətlə, hiss etməzlər, çünki o qədər dadlandırıcı, ədviyyat vurulur ki...”.

Qaynar.Az