Gədəbəy rayonu, Sarıhasanlı kəndində yaşayan şəxs "102” Xidməti-Zəng Mərkəzinin işini pozduğuna görə həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1965-ci ildə Gədəbəy rayonun Sarıhasanlı kəndində anadan olan Sabir (şərti) sərxoş halda guya telefonunun naməlum şəxs tərəfindən bloklandığını bildirərək, dəfələrlə 102 Xidmətinə zəng edib.
Ona məhkəməyə müraciət etmək tövsiyyə edilib, lakin eyniməzmunlu zənglər edərək Xidmətin işini pozub. Bununla bağlı araşdırılma aparılması üçün ona polis şəbəsinə getməsi təklif edilib. Amma Sabir sərxoş vəziyyətdə polis əməkdaşlarını da ictimai yerdə söyüb.
Məhkəmənin qərarı ilə Sabir İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinib və 10 gün müddətində həbs növündə inzibati tənbeh təyin edilib.
Əhməd