Xəbər lenti

11 dini icmaya şəhadətnamə verildi
Ölkə05:50 24.07.2013

11 dini icmaya şəhadətnamə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət qeydiyyatından keçmiş icmalara şəhadətnamələr təqdim edib.
DQİDK-nın mətbuat xidmətindən qaynar.info-ya verilən məlumata görə, təqdimetmə Dövlət Komitəsi tərəfindən Respublikasının müxtəlif bölgələrindən dəvət olunmuş, o cümlədən Bakı şəhərində fəaliyyət göstərən ən aktiv dini icmalarının nümayəndələrinin, tanınmış ilahiyyatçıların, ictimaiyyət nümayəndələrinin  iştirakı “Dini icmaların sosial layihələrinə dəstək” mövzusunda müsabiqəsinin təqdimatı zamanı baş tutub.
Mərasimdə 11 dini icmaya şəhadətnamələr təqdim olunub.  Şəhadətnamə alan icmalar çıxış edərək son bir ildə Dövlət Komitəsinin fəaliyyətində dini icmalarla sıx əməkdaşlığı yüksək qiymətləndiriblər. Qeyd edilib ki, Komitə tərəfindən təşkil edilən bütün tədbirlərə dini icmaların cəlb edilməsi təqdirəlayiq haldır. Tədbir ənənəvi iftar süfrəsi ilə davam edib. 
Qaynar.info