Xəbər lenti

11 nəfərin olduğu maşın körpüdən aşdı, ölənlər var
Ölkə12:08 31.07.2015

11 nəfərin olduğu maşın körpüdən aşdı, ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədən İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib. 

Kəpəz TV xəbər verir ki, VAZ 2106 markalı avtomobilin sürücüsü yol ötürücüsünün üzərində olarkən idarəetməni itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb. 

Şahidlərin bildirdiyinə görə, avtomobildə bir-neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər. 

Samux rayonu Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır.

Qaynar.info