Xəbər lenti

11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi başlandı
Ölkə14:04 29.10.2021

11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı cinayət işi başlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi məsələsinə münasibət bildirib.
Komitənin mətbuat katibi Teymur Mərdanoğlu Qaynarinfo-ya bildirib ki, İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Ailə ilə görüş keçiriləcək. Məsələ araşdırılacaq.
Qeyd edək ki, 2010-cu il təvəllüdlü (11 yaşlı) məktəbli İmişli rayon Xəstəxanasında uşaq dünyaya gətirib. Xəstəxanada 11 yaşlı qıza 31 həftəlik hamiləlik diaqnozu qoyulub. 
Artıq xəstəxana İmişli rayon prokurorluğuna müraciət edib və prokurorluq araşdırmaya başlayıb. Faktla bağlı cinayət işi başlanılıb.