Xəbər lenti

11 yaşlı uşaq faciəvi şəkildə öldü
Ölkə17:15 15.10.2014

11 yaşlı uşaq faciəvi şəkildə öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Siyəzəndə orta məktəb şagirdi kanalda batıb.

Qaynar.info xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Elvin Famil oğlu Zahidov göbələk yığmaq üçün Taxta körpü su kanalının kənarına gedib.

Uşaq kanalın Siyəzən rayonu ərazisindən keçən hissəsində suya yıxılıb.

Göbələk yığmağa gedən və kanalda batan uşağın meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info