Xəbər lenti

11 yaşlı uşaq həmyaşıdını güllələdi - Göyçayda
Ölkə10:18 23.01.2017

11 yaşlı uşaq həmyaşıdını güllələdi - Göyçayda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Göyçay şəhərində yaşayan 11 yaşlı Ə. Şirəliyev əlindəki pnevmatik tüfənglə həmyaşıdına xəsarət yetirib.

Qaynarinfo.Az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, yanvarın 21-də Göyçay şəhərində yaşayan Ə.Şirəliyev həyətlərində atasına məxsus pnevmatik tüfənglə ehtiyatsız davrandığından atəş açılıb və nəticədə qonşusu-həmyaşıdı F.Nəzərov xəsarət alıb. F.Nəzərov xəstəxanaya yerləşdirilib.

Göyçay RPŞ əməkdaşları tərəfindən hadisə yerindən nömrəsiz pnevmatik tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az