Xəbər lenti

1+1=3
Ölkə11:25 05.11.2013

1+1=3

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İdris Heydərli 

 Elm kirlənir, düşüncələr doğrular və yalanlar arasında "hardadır doğru" sualına cavab tapa bilmir. Bəlkə, heç doğru yoxdur, yalnız yalanlarla həyatın keyfini yaşayaq?! 

Yalanı oynamaq çox çətindir. 

Monqolların nəsturi keçmişində Beyləqan bir qisas məkanı idi. Pavlikyanları yerlə-yeksan etdilər. Bizans Trabzona köçəli savaşların mərkəzi Azərbyacan əraziləri idi. Vatikan isə boş dayanmırdı. Nestorianları xristianlaşdırmaq, Məsihləşdirməkdən ötrü nə gərəkirsə edirdi. 

Hulaki silinməz iz buraxdı. Hələ də o izlərin peşinə düşə bilməmişik. Teymur isə Hulakiləşən, Cuçiləşən ərazilərimizi təmizləməklə bitirə bilmədi. Savaşların və barışların din üzərindən başlanması sonra milli-etnik savaşlarla unutdurulacaqdı. Etnik kimlikləri tanıya bilməməyimizin əsas səbəbi məhz bu faktorun unutdurulmasıdır.

Bu gün bəs bizim kokümüz filan- filandır deyən ağızların tarix tanımalarının yalanlar üzərindən olması, baş verənlərin deyil, lokal şərəfnamələrin yaranmasına rəvac verir: 1+1=3. 

Bir moqolun bir rusla evliliyindən nə doğar? Sarı rənglə qırmızı qarışsa yeni rəng yaranar. Bir qıpçaqla oğuz izdivacından bəs?

Bakı kəndlərində yaşayanların mətbəxinə baxın. Nədənsə balıq yox süfrələrində. Nədən? Ən azı yüz il yaşadığın ərazinin yaşam coğrafiyasına uyğunlaşmalısan. Balıq vətəgələri rusların bu ərazidə fəallaşmasından sonra başlar. Bu günə qədər hələ də Bakı kəndləri balıqçı olaraq qaldılar, süfrədə isə... xəmir sevgilərini unuda bilmədilər.

Mədəniyyət tarixin açarıdır. Bu qapıdan tarix daha aydın görünür. Bir nəsturini bir gürcüdən necə fərqləndirmək olar? Və ya bir monqolu bir uyğurdan necə ayırd edək? Bu gün bir milli kimlik adı altında kökən olaraq monqol, uyğur, qıpçaq, oğuz... davamı çox olar. Din kimliyi olaraq isə bir və ya ayrı ola bilərlər. Bəs o zaman necə tanımaq olar?

Yaşam tərzi və düşüncə araşdırıldıqca bir və ayrı olan tamlaşa bilər. Bir zaman Rusiya Elmlər Akademiyası bizləri beləcə hər fərqliliyimizlə öyrəndi. Sonra bu təhlillər üzərindən bizlərə tarixlər, nağıllar, qəhrəmanlar yaratdılar. 

Qədim adətlərdən biri doğulan uşağı duzlamaq idi. Bu ənənənin kökü nə idi?  Lalların ifadə tərzində bu gün erməni demək "duz səpmək"i göstərməkdir. Yaxşı, bəs bu şor çolpanı kim bişirib? Bəlkə, düşünək?..