Xəbər lenti

12 yaşlı uşaq kanalda batdı - Meyiti çıxarıldı
Ölkə19:06 17.08.2026

12 yaşlı uşaq kanalda batdı - Meyiti çıxarıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Samux rayonunda bir nəfər su kanalında batıb.

Qaynarinfo xəbər verir ki, hadisə rayonun Şəmkir su kanalının Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb.

Batan şəxsin 2014-cü il təvəllüdlü M. Musayev olduğu bildirilir.

Hadisə yerinə polis, prokurorluq və Fövqaladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Axtarışlar davam edir.

***

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, qurumun “112" qaynar telefon xəttinə Şəmkir kanalının Samux rayonu, Qarabağlar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

12 yaşlı oğlanın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.