Xəbər lenti

13-cü şəhidimiz dəfn olundu- “Ən böyük arzusu Mübariz kimi...”
Ölkə09:06 04.08.2014

13-cü şəhidimiz dəfn olundu- “Ən böyük arzusu Mübariz kimi...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cəbhənin Ağdam rayonu istiqamətində şəhid olmuş Biləsuvar sakini Qarayev Anar Vidadi oğlu bu gün səhər saatlarında doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndindəki Qəbiristanlığında torpağa tapşırılıb. 

Qaynar.info salamnews-a istinadən xəbər verir ki, şəhidin dəfnində xidmət etdiyi hərbi hissəsnin əsgər və zabitləri və rayon ictimayəti iştirak edib. Şəhidə kənd qəbiristanlığında İslam qaydalarına uyğun olaraq Namaz qılınıb, Ruhuna dualar oxunub. Dəfn mərasimində iştirak edən fəxri qaravul dəstəsi havaya yaylım atəşi açıblar.

Çıxış edən hərbiçilər cəmi 4 ayın əsgəri olan Anarın ermənilərin diversiya-təxribat qurupunun hücümü zamanı göstərdiyi qəhrəmanlıqdan söhbət açıldı. Həkimlər hələ 4 ay öncə səhhətində olan müəyyən qüsura görə Anar Qarayevi hərbiyə getməməsi barəsində qərar çıxarsalar da, o, hərbi xidmətə getmək üçün könüllü olaraq ərizə verib. Anar dostları ilə söhbət zamanı daima ən böyük arzusunun Mübariz kimi düşmənə layiqli dərs vermək olduğunu bildiriblər. O, hərbi xidmətinin 4-cü ayında arzusuna çataraq Şəhidlik zirvəsinə ucalıb.

Allah rəhmət etsin!

Qaynar.info