Xəbər lenti

13 il əvvəl əfv olunan qadın yenidən axtarışa verildi - AZƏRBAYCANDA
Ölkə12:05 25.11.2013

13 il əvvəl əfv olunan qadın yenidən axtarışa verildi - AZƏRBAYCANDA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda 13 il əvvəl əfv olunan şəxs yenidən axtarışa verilib.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.
 
Məlumata görə, 1961-ci il təvəllüdlü Xalidə Salah qızı Məmmədova Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə təqsirli bilinir. İstintaqdan yayındığı üçün onun barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.
 
Qeyd edək ki, X. Məmmədova əvvəllər də məhkumluq həyatı yaşayıb.
 
O, 2000-ci ildə əfv edilib.

Qaynar.info