Xəbər lenti

13 qadın daxili orqanlarında Azərbaycana narkotik keçirməyə cəhd edib
Ölkə10:09 22.11.2014

13 qadın daxili orqanlarında Azərbaycana narkotik keçirməyə cəhd edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran- Azərbaycan sərhəddindən piyada yolu ilə narkotik vasitə keçirmək istəyən şəxslər saxlanılıb. ANS TV-nin məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük Hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında idarənin ”Qoşa təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Əbdurrəhmanov Ruslan Vaqif oğlu saxlanılıb. 
Baxış keçirilən zaman onun daxili orqanlarından üç növ narkotik vasitə aşkar edilib. Üzərində şəxsi yoxlama aparılan Ruslan Əbdurrəhmanovdan şəffaf sellofandan hazırlanan 3 ədəd büküm müəyyən edilib. Birinci bükümdə xalis çəkisi 46 qramdan artıq narkotik vasitə tiryək, digər çəkisi 33 qram heroin, 3-cü bükümdə isə metadon adlı həblər aşkar edilərək götürülüb.
“Qoşa təpə” gömrük postunda İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Şəfiyev Sabir Cabir oğlunun da üzərində şəxsı yoxlama aparan gömrükçülər oxşar mənzərə ilə qarşılaşıblar. Onun da daxili orqanında gömrük nəzarətindən gizlədilmiş 3 ədəd bükümdə narkotik vasitə aşkarlanıb. Onun üzərindən 50 qram tiryək, 9 qram heroin və metadon həbləri aşkarlanıb. 
Ümumiyyətlə bu ilin müvafiq dövrü ərzində gömrükçülər tərəfindən bu kimi 38 fakt aşkarlanıb. Daxili bədən boşluqlarında gizlədilməklə keçirilməsinə cəhd edilən 3 kiloqram 736 qram narkotik vasitə dövriyyədən çıxarılıb. Təəssüf doğuran hallardan biri də bu işlərə qadınların da cəlb olunmasıdır. Belə ki, cari ildə 13 qadın bu üsulla narkotik vasitələri keçirməyə cəhd göstərib.
Qaynar.info