Xəbər lenti

14 ədəd corab oğurladı, məhkəmə cəzalandırdı
Ölkə 19:15 17.02.2026

14 ədəd corab oğurladı, məhkəmə cəzalandırdı

Nərimanov rayonu, Atatürk prospekti 27-də yerləşən "Bravo" marketdən oğurluq edən şəxs cəzalandırılıb.

Qaynarinfo-nun məlumatına görə, 1997-ci il təvəllüdlü V.B. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, təqsirləndirilən şəxs marketə daxil olaraq bir müddət gəzdikdən sonra geyim malları olan bölmədə məhsullara baxıb. Daha sonra orada adam olmadığını görüb, fürsətdən istinadən edərək 14 ədəd corab götürüb və gödəkcəsinin altına qoyaraq marketdən çıxıb. O, dəyəri 52 manat olan corabları ehtiyacı olduğu və pulu olmadığı üçün oğurladığını bildirib.
 
Məhkəmənin hökmü ilə təsirləndirilən şəxs barəsində 160 saat ictimai işlər növündə tənbeh tətbiq edilib. Şəxs məhkəmə iclas zalından dərhal azad edilib. 

Aydın
--> -->