Xəbər lenti

14 nəfər deputatlığa iddialıdır
Ölkə13:40 19.05.2016

14 nəfər deputatlığa iddialıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə 14 nəfər namizədliyini irəli sürüb.

Qaynarinfo.az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün MSK-nın keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədliyini irəli sürmüş 14 nəfərin hamısına seçki vərəqələri verilib. Onun sözlərinə görə, mayın 18-nə olan məlumata əsasən, 9 namizəd imza vərəqələrini DSK-ya təqdim edib. Onlardan 3 nəfəri namizəd kimi qeydə alınıb.

M.Pənahov əlavə edib ki, namizədliyin qeydə alınması ilə bağlı imza vərəqələrinin müvafiq sənədlərlə birgə DSK-ya təqdim edilməsi üçün müəyyən edilmiş vaxt bu gün başa çatır.

Qaynarinfo.az