Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası S.Fərzalıyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.
O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə "Həri” məclisinin olduğunu deyib.
İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib.
Şərhlər