Xəbər lenti

15 ədəd “Alpen Gold” oğurladı - Pulunu ödədi, azadlığa buraxıldı
Ölkə12:58 31.07.2023

15 ədəd “Alpen Gold” oğurladı - Pulunu ödədi, azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xətai rayonunda 15 ədəd "Alpen Gold” şokoladı oğurlayan şəxslə bağlı məhkəmə qərar verib. 
Qaynarinfo-nun məlumatına görə, 1971-ci il tarixdə Ağsu rayonunda doğulmuş Zamiq (şərti) adlı şəxs bazarlıq adı ilə daxil olduğu "Real S” adlı marketdən 15 ədəd "Alpen Gold” şokoladını ciblərinə yığaraq oğurlayıb. 
Həmin şəxs saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. Zamiq 15 ədəd "Alpen Gold” şokoladın pulunu ödədiyindən, barəsində verilən şikayət geri götürülüb. 
Məhkəmə Zamiqin ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verib.
Əhməd