
Qaradağ polisi 2013-cü ildə törədilən oğurluq hadisəsinin üstünü açıb.
Qaynar.info xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 2013-cü ilin noyabrın 8-də Səngəçal qəsəbəsində yerləşən otlaq sahəsindən qəsəbə sakinləri - Xəqani Bayramova və Mirhüseyn Zayıdovlara məxsus 15 baş iri buynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini, 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüqar Bayramov tutulub.
Qaynar.info