"Universitetlər və digər təhsil müəssisələri yetərincə peşəkar əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirə bilmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev Dövlət Məşğulluq Xidmətinin təqdim etdiyi 15 min manat maaşı olan iş yerinin boş qalması səbəbini açıqlayarkən deyib.
Onun sözlərinə görə, iş axtaran insanların sayı əmək bazarında tələbi təmsil edir:
"Konkret söhbət hansı işdən gedir? 15 min manatlıq işin tələbləri nədən ibarətdir? Hətta 300-500 manatlıq işdə orta əmək haqqı səviyyəsində olan vakansiyalar da tutulmursa, bunun səbəbləri var. Əmək bazarında belə bir vəziyyət var. Bazar işçi qüvvəsinin ixtisas səviyyəsi ilə təklif olunan iş yerinin tələbləri uyğun olmalıdır. Bazarda tələb və təklifin bir-birini qarşılaması üçün keyfiyyətcə də bir-birinə cavab verməlidir. Məsələn, tutaq ki, əmək bazarında 100 vakansiya var. Amma 500 nəfər əmək bazarına tələb olaraq təqdim olunur. Çıxarılan iş yerləri orada təklifi təmsil edir. İş axtaran insanların sayı isə əmək bazarında tələbi təmsil edir. Təklif olunan 500 iş yerinə əmək bazarında minlərlə insan iş axtarır”.
Rövşən Ağayev onu da əlavə edib ki, iş axtaran insanların peşə ixtisas səviyyəsi təklif olunan iş yerlərinin kriteriyalarına cavab vermir:
"Məsələn, bir müəssisə peşəkar mühəndis axtarır və əmək bazarına çıxan 10 min insanın heç biri mühəndis deyil. Bu gün reallıq nədən ibarətdir? Bu gün Azərbaycanda iş yerlərinin ixtisas səviyyəsi işçi qüvvəsinin ixtisas səviyyəsi üst-üstə düşməlidir. Əmək bazarının vizual tələblərindən biri budur. İkincisi, keyfiyyət məsələləridir. Azərbaycanda əmək bazarında unikal vəziyyət var. Bir tərəfdən yetərincə iş yerləri yoxdur. İkincisi, iş axtarınıarın sayının çox olmasına baxmayaraq, məhdud sayda yerləri tuta biləcək peşəkar kadrlar da azdır. Bu gün Azərbaycanda ixtisasartırma istiqamətinin yetərincə inkişaf etməməsi, orta ixtisas və ali məktəblərdə peşəkar kadrların hazırlanmasında axsaqlıqlar gözlə görünür. Hətta vəziyyət o dərəcədədir ki, bir tərəfdən ölkdə işsizlik problemi var, digər tərəfdən isə az sayda iş yerini tutmağa layiq olan kadrlar azdır”.
Bahar Rüstəmli
Şərhlər