Məktəblər açılmağa bir neçə gün qalıb.
Alverçilərin gözünə işıq gəlib, valideyinləri isə dərd götürüb.
"Məktəbə gedən yol bazardan keçir" desək səhv etmərik.
Məktəb elm ocağıdır, ancaq bu ocağa getmək üçün mütləq yönünü bazardan salmalısan, cibinə görə, bahalı mağazadan da olar, amma əhalinin əksəriyyətini təşkil edən kasıbların bircə ümid yeri var, şəhərin ən ucuz paltar bazarları... Biz də bu gün yolumuzu bazardan saldıq. Görək, qiymətlər necədi, valideyinlər nə fikirləşir, satıcılar alverdən razıdılar yoxsa yox...
8-ci klometr bazarındayıq. Bazar rəsmən qaynayır. Hər dükanın qarşısında bir neçə valideyin yanında isə uşaqları. Qiymət soruşan kim, ölçüsünə uyğun mal axtaran kim, malını tərifləyən kim, qiymət endirməyə çalışan kim...
Məktəb ləvazimatlarının satış mövsümü olduğundan demək olar ki, bazardakı mağaza və dükanların, adi paltar piştaxtalarının hamısında məktəb ləvazimatları satılır. Öncə satıcılara yaxınlaşırıq. Hamısı alverdən razılıq edi. Alverçilərin demək olar ki, məmuniyyətdən hamısının gözləri gülür. Qiymətlər təxminən hər yerdə standartdır. Paltar dəstləri 40 manatdan başlayır. Ayaqqabılar 7 manatdan müştərilərin cibinə uyğun olaraq 20-25 manata qədər davam edir. Məktəbli köybəklərinin qiyməti isə isə 12 manatdan 15 manata kimi dəyişir. Gödəkçələr (Jiletlər) 7 manatla 15 manat arası qiymətə satılır.
Alverçilər dediyinə görə, kasıb adam bir uşağı 70-80, imkanlılar isə 100-120 manata tam geyindirə bilərlər. Mağazadan nəvəsinə paltar alan Həcər xala ilə söhbətləşirik. Həcər xala deyir ki, oğul nəvəm məktəbə gedir, 80 manatlıq alış-veriş etmişik heç uşağa lazım olanların yarısını ala bilməmişik.
"Allah verəndən yeyəcəyik"
Eldar adlı bir nəfərlə qarşılaşırıq. Eldarın oğlu 4-cü sinifə gedəcək. Eldarla söhbətləşirik. Deyir, aylıq gəlirim 350 manatdır. Soruşuruq, öz evin var ya kirədə yaşayırsan? Deyir, əlbəttə kirayədə qalıram. Soruşuruq ki, ay Eldar müəllim bəs uşağın bazarlığı üçün nə qədər pul ayırmısan?
Cavab verir ki, 100-120 manat. Başını yuelləyərək qazancının hamısının bu ay kirayə pulu və uşağın məktəb bazarlığına gedəcəyini deyir. "Nə ilə dolanacaqsız?", - deyə soruşuruq.
"Allah yetirəcək yeyib, dolancağıq", - deyə cavab verir Allahdan ümidini üzməmiş vətəndaşımız. Amma nə qədər ürək ağrıdıcı da olsa bir azərbaycanlı atanın kasıb olmasına baxmayaraq yenə də əynindən, boğazından kəsib övladını oxutmaq istəməsi millətimizin elm yolunda çox şeylərini fəda etməyə hazır olduğun bizi sevindirir. Bu onu göstərir ki, özü savadsız olsa belə, istənilən bir azərbaycanlı valideyin övladının oxuması üçün əlindən gələni etməyə hazırdır.
Geyimlər haqqında oxucularımızda təsəvvür yaratdıqdan sonra keçirik digər məktəb ləvazimatlarına. Dəftər, qləm, karandaş və digər ləvazimatların satıldığı bölməyə keçirik. Zakir adlı satıcı deyir ki, hər şey valideyinlərin cibindən aslıdır. Kasıb ailə 1-ci sinifdən 5-ci sinifə qədər 50-60 manata qədər ləvazimatla uşağını təmin edə bilər. İmkanlılraın tam təminatı isə 100-150 manatdır. 5-ci sinifdən 11-ci sinifə kimi isə kasıb ailə 40-50, imkanlı ailə isə uşağını məktəb ləvazimatı ilə təmin edə bilər. Aşağı siniflərdə çox ləvazimatlardan istifadə edildiyi üçün onların xərci daha çox çıxır.
Satıcılar bu bazara digərlərindən daha ucuz olduğu üçün camaatın axışdığını deyirlər. Buranı xalq arasında elə "Kasıbların bazarı" da adlandırırlar.
8-ci klometr bazarından yaxınlıqdakı digər böyük paltar yarmarkasına, Xlqalar dostluğu ticarət mərkzinə gedirik. Mərkəzə giririk. Burda isə vəziyyət tam fərqlidir. 8-ci klometr bazarından fərqli olaraq burda alıcılardan başqa satıcılar qan ağlayır. Müştəri demək olar ki, yoxdur. Ticarət mərkəzinin içində tək-tük adama rast gəlmək olur. Məktəbli geyimi də çox az yerdə satılır. Səbəbini araşdırırıq. Məlum olur ki, bu ticarət mərkəzində mağaza kirayəsi 8-ci kilometr bazarına nisbətən bir-neçə dəfə bahadır. Bu isə təbii olaraq malların qiymətlərinə təsir edir. Satıcıların dediyinə görə, ticarət nöqtələrinin icarə qiymətləri isə az qala hər ay artmaqdadır.
İndi isə adı çəkilən bazarlardan hazırladığımız fotoreportajı sizə təqdim edirik:
Ölkə.az
Şərhlər