Xəbər lenti

15 yaşlı nişanlı oğlanın ailəsi tapıldı - Kürdəmirdə ŞOK
Ölkə06:17 28.09.2016

15 yaşlı nişanlı oğlanın ailəsi tapıldı - Kürdəmirdə ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
15 yaşlı yeniyetmənin nişanlanması ilə bağlı xəbər yayılmışdı. Xəbərdə Kürdəmirin bir kəndində valideynləri tərəfindən zorla nişanlanan oğlandan danışılırdı. 
"Xəzər TV"nin əməkdaşları həmin kənddə - Kürdəmirin Çölərəbqubalı kəndində olublar. Məlum olub ki, uşaq belə demək mümkünsə, adət-ənənələrin qurbanı olub.
XXI əsrdə göbəkkəsdi adətləri...
Dədə-babadan qalma ənənələrə riayət etməklə övladının gələcəyi ilə oynayan valideynlər. Son vaxtlar sosial şəbəkələrdə Kürdəmirdə 15 yaşlı oğlanın ailəsi tərəfindən zorla nişanlanması xəbəri əsas müzakirə mövzusuna çevrilib.
Həmin hadisə Kürdəmirin Çölərəbqubalı kəndində olub. "Xəzər Xəbər" həmin ailə ilə əlaqə saxlasa da, 15 yaşında zorla nişanlanmış Vasif adlı oğlanın anası Natəvan xanım çəkilişə icazə verməyib. Sadəcə "bu, bizdə el adətidir" deməklə kifayətlənib.
Məlum olub ki, valideynlər hələ uşaq ikən övladlarını göbəkkəsdi ediblər və bu adət əsasında 15 yaşlı Vasif özündən 2 yaş böyük qızla nişanlanıb.
Kənd sakinləri də bu adətin doğru olmadığını deyirlər. İstər yaşlısı, istərsə də cavanı erkən nişanlanıb evlənməyin əleyhinədirlər.
Kənd sakinlərinin sözlərinə görə, bu adətə əvvəllər daha çox riayət olunurdu. Hazırda az da olsa, bu ənənə qalmaqdadır.
Sakinlər özləri də bu adəti bəyənməsələr də, fakt budur ki, kənddə nə qanuna, nə də ümumbəşəri dəyərlərə sığan bu ənənə yaşadılmaqdadır. Bu isə o deməkdir ki, hələ də övladının taleyi və aqibəti ilə oynayan valideynlər qalmaqdadır... Ancaq istənilən halda yəqin ki, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi bu məsələni diqqətdə saxlayacaq.
Qaynarinfo.Az