
Əflatun Amaşov: “156-cı mənzil heç kimə verilməyib”
Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər üçün tikilən binada boş qalan mənzilin Prezident Admnistrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya verilməsi xəbərini təkzib edib.
AzVision.az-a açıqlamasında Ə.Amaşov bu xəbərləri yayanların "qara niyyət" güddüklərini bildirib: "Gah dedilər ki, mənzili Əflatun Amaşova veriblər, sonra dedilər ki, Bəxtiyar Sadıqova, indi də bildirirlər ki, Sona Vəliyevaya. Bu, tam yalan xəbərdir. Həmin mənzil cənab Prezidentin səlahiyyətindədir. Kimə münasib bilsə, ona da verəcək”.
Qeyd edək ki, Jam.az saytı araşdırmalara əsasən 156-cı mənzilin “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyevaya verildiyini yazıb.