Xəbər lenti

16 yaşlı oğlan dayısını öldürdü - Sabirabadda
Ölkə05:21 02.05.2015

16 yaşlı oğlan dayısını öldürdü - Sabirabadda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabirabadda 16 yaşlı yeniyetmə dayısını bıçaqla qətlə yetirib. Sabirabad polis şöbəsindən APA-ya verilən məlumata görə, bu gecə saat 00.00 radələrində Sabirabad rayonunun Yaxa Dəllək kəndində qətl hadisəsi baş verib.
Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini 1999-cu il təvəllüdlü Hacıyev Cavad Cabir oğlu dayısı-  həmin kəndin sakini 1972-ci il təvəllüdlü Hacıyev Vüqar Poladxan oğlunu bıçaqlayıb. İkinci xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hal-hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq əməliyyatı aparılır. 
Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 
Qaynar.info