Xəbər lenti

16 yaşlı oğlan göldə boğuldu - Neftçalada
Ölkə16:31 31.08.2016

16 yaşlı oğlan göldə boğuldu - Neftçalada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün günorta saatlarında Neftçala şəhərində yerləşən Qobu adlanan göldə 16 yaşlı oğlan boğulub.
Neftçala şəhər 2 saylı orta məktəbin 11-ci sinif şagirdi Sadıqov Ayxan Yalçın oğlu yoldaşları ilə birgə “Qobu"da çimərkən batıb.

Hadisə şahidlərinin dediyinə görə, Ayxan bir sahildən uzaq məsafədə yerləşən digər sahilə üzmək istəyərkən suda boğulub.

İndiki saatlarda onun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda arşdırmalara başlanılıb.(Virtualaz.org)

Qaynarinfo.Az