Xəbər lenti

16 yaşlı oğlan su kanalında boğuldu - Abşeronda
Ölkə05:00 13.06.2016

16 yaşlı oğlan su kanalında boğuldu - Abşeronda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olub. 
Qaynarinfo.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlayıb və su kanalında çimərkən batmış 2000-ci il təvəllüdlü Xəlilov Rəşad Mahir oğlunun cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 06:33-də başa çatıb.
Qaynarinfo.az