Xəbər lenti

16 yol qəzası: 2 ölü, 18 yaralı
Ölkə05:40 23.09.2013

16 yol qəzası: 2 ölü, 18 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sentyabrın 22-də Azərbaycanın müxtəlif ərazilərində 16 yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisələr nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölümlə nəticələnən yol qəzaları Quba və Abşeron rayonlarında baş verib. Qubada avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Abşeron rayonunun Hökməli qəsəbəsində isə avtomobil piyadanı vurub öldürüb.

Dünən Bakıda iki yol qəzası baş verib və iki nəfər yaralanıb.

Qaynar.info