Xəbər lenti

160 saylı marşrut avtobusu daha bir ağır qəza törətdi (FOTOLAR)
Ölkə10:21 06.10.2018

160 saylı marşrut avtobusu daha bir ağır qəza törətdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu dəqiqələrdə Bakının Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi törədilib.
Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, 160 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu 90-BD-653 dövlət nömrə nişanlı "Lada" markalı avtomobillə toqquşub. 
Nəticədə minik avtomobili yarasız vəziyyətə düşüb. Hadisə yerinə Təcili Tibbi Yardım və Dövlət Yol Polis İdarəsi əməkdaşları gəliblər. Ölən və yaralananların olub-olmaması barədə hələlik məlumat verilmir. 
Xatırladaq ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı marşurut avtobusu ilə qatar toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 34 nəfər isə yaralanıb.