Xəbər lenti

17 hərbçimiz ölüb, 25-i yaralanıb
Ölkə11:46 31.03.2014

17 hərbçimiz ölüb, 25-i yaralanıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin birinci rübündə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 17 nəfər təşkil edib. 

Bu barədə Qaynar.info-ya məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 25 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinlinin sözlərinə görə  müvafiq dövrdə dünyalarını dəyişənlərin 5-i  döyüş (erməni gülləsi), 12-i isə qeyri-döyüş itkiləridir.

3 nəfər avtoqəzadan, 3  nəfər xəstəlikdən dünyasını dəyişib. 6 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 15-i Müdafiə Nazirliyinin, 2-i Ədliyyə Nazirliyinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (25 nəfər) C.Sümərinli bildirib ki, onların 12-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 3-ü intihara cəhddən, 2-i erməni gülləsindən, 2- nəfər mina partlayışından, 6-ı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 

22 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu,  2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Müvafiq dövrdə Azərbaycanın üç mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda iki  Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (onlardan biri qaytarılıb). Eyni zamanda müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.

Qaynar.info