Xəbər lenti

17 prokurorluq əməkdaşı cəzalandırıldı
Ölkə15:12 13.01.2017

17 prokurorluq əməkdaşı cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən il Bakı prokurorluq orqanlarının 17 əməkdaşı məsuliyyətinə cəlb olunub.

Bakı şəhər prokurorluğundan Qaynarinfo.Az-a verilən məlumata görə, bu barədə yanvarın 13-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə keçirilən 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.

Müşavirədə şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə bildirilib ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 17 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 5 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə vəzifədən azad olunub.

Qaynarinfo.Az