Xəbər lenti

17 yaşlı gəncin böyrəyini parçaladılar
Ölkə07:55 05.11.2014

17 yaşlı gəncin böyrəyini parçaladılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gecə Bakının Binəqədi rayonu ərazisində bıçaqlanma olub. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Cavadxan küçəsi 44 ünvanında baş verib.

Gecə saatlarında həmin küçədə dava düşüb. Dava zamanı 17 yaşlı İslam adlı gənc oğlan ağır bıçaq yarası alıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər. 17 yaşlı gəncin böyrəyindən xəsarət aldığı deyilir. Onun böyrəyi dəğılıb. Hazırda həkim nəzarətindədir.

Hadisənin kimin tərəfindən və nə səbəbə baş verməsi isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qaynar.info