Xəbər lenti

170 milyon manatı mənimsəyən iş adamının həbs müddəti uzadıldı
Ölkə10:35 20.02.2016

170 milyon manatı mənimsəyən iş adamının həbs müddəti uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Beynəlxalq Bankından 170 milyon kredit götürərək mənimsəməkdə təqsirləndirilən, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuz barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. 
Trend-in məlumatına görə, Erhan Cavad Yavuzun həbs müddəti Nərimanov rayon Məhkəməsinin qərarı ilə daha 3 ay artırılıb.
Qeyd edək ki, “Azərbaycan Consaltinq Qrup” MMC-nin rəhbəri Erhan Cavad Yavuzun həbs müddəti sonuncu dəfə ötən il noyabrın 19-da 3 ay artırılmışdı.
Xatırladaq ki, Erhan Cavad Yavuz Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Qaynar.info