Xəbər lenti

179 nömrəli orta məktəb də yardım aksiyasına qoşuldu (FOTOLAR)
Ölkə15:57 23.04.2020

179 nömrəli orta məktəb də yardım aksiyasına qoşuldu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək olaraq Bakı şəhəri Q.Baxşıyev adına 179 nömrəli tam orta məktəbin kollektivləri də sosial yardımlaşma təşəbbüslərinə qoşularaq  xeyriyyə aksiyası keçirib.
Qaynarinfo xəbər verir ki,  23 aprel 2020-ci il tarixdə müəssisənin pedaqoji heyəti xüsusi karantin rejimi səbəbindən ehtiyacı olan 30 ailəyə yardım edib.Yardım çərçivəsində məktəb kollektivləri xüsusilə yaxın ətrafda yaşayan ehtiyacı, məktəbdə təhsil alan şagirdlərin və çalışan işçilərin ailələrini, əsasən övladını tək böyüdən və ya ailə üzvləri müxtəlif xəstəliklərdən əziyyət çəkənləri ərzaq malları ilə təmin edib.