Xəbər lenti

18 aylıq balaca Nurayın atası: “Övladımı itirməkdən çox qorxuram” (FOTO)
Ölkə05:51 09.12.2022

18 aylıq balaca Nurayın atası: “Övladımı itirməkdən çox qorxuram” (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
1 yaş 6 aylıq İsgəndərova Nuray Rizvan qızı ürək əməliyyatı olunmalıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə  onun atası İsgəndərov Rizvan məlumat verib. 
O bildirib ki, övladı ikinci dəfə əməliyyat olunmalıdır:
"Nuray doğulandan bu problemdən əziyyət çəkir. Ağlaya bilmirdi, çətinlik çəkirdi, həkim müayinə etdikdən sonra qızıma "Təcili əməliyyat olunmalıdır” dedi. İlk açıq ürək əməliyyatı beş aylığında oldu. İndi yenidən əməliyyat olmalıdır. Nurayın "Glenn” əməliyyatı olması üçün 25 000 manata ehtiyac var. Amma buna imkanımız çatmır. Əməliyyat etdirmək üçün gecikirik. Nuray boğulur, çətinlik çəkir. Övladımı itirməkdən çox qorxuram. Xalqımızdan qızıma kömək etməklərini xahiş edirəm”.
Ailə ilə əlaqə üçün: 051 506 62 35