Xəbər lenti

18 il axtarışda olan OMON-çunun məhkəməsi başladı
Ölkə13:06 21.08.2013

18 il axtarışda olan OMON-çunun məhkəməsi başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvü Camal Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra prosesdə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini deyib.

Proses avqustun 27-də davam etdiriləcək.

Qeyd edək ki, C. Nəzərov Astara şəhərindən İrana keçərkən həbs olunub. Araşdırmalar zamanı onun 1995-ci ildən axtarışda olduğu məlum olub. Belə ki, C. Nəzərov 1995-ci ilin mart hadisələrində iştirakda təqsirləndirilir.

C. Nəzərov Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsi ilə ittiham olunur. 

Qaynar.info