Xəbər lenti

18 yaşlı gənc telefon üstündə bıçaqlandı - Video
Ölkə14:55 06.12.2016

18 yaşlı gənc telefon üstündə bıçaqlandı - Video

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda 18 yaşlı oğlan küçədə hücuma məruz qalıb.

ARB TV xəbər verir ki, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Bəhruz Nuriyev küçəsi, 1 A ünvanının qarşısında baş verib.

Nihat Novruzov küçə ilə hərəkət edən zaman iki nəfər tanımadığı şəxs ondan telefonunu istəyib. Novruzov buna etiraz etdikdə naməlum şəxslər onun qol və ayaq nahiyəsinə iki bıçaq zərbəsi vuraraq telefonu götürərək ərazidən uzaqlaşıblar. Yaralı ətrafdakıların köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Qaynarinfo.Az