Xəbər lenti

18 yaşlı gənc özünü vurdu - LERİKDƏ
Ölkə19:00 28.03.2016

18 yaşlı gənc özünü vurdu - LERİKDƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Lerik rayonunda güllələnmə hadisəsi baş verib.

Rayonun Livədirgə kənd sakini, 1998-ci il təvəllüdlü Elvin İzzət oğlu Zahidov sağ çiyin qurşağının dəlib keçən güllə yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun üzərində əməliyyat aparılaraq yarası təmizlənib.

Hazırda Lənkəran RXM-in Travmatologiya şöbəsinə keçirilən yaralının vəziyyəti normal qiymətləndirilir. E.Zahidov əlindəki ov silahı ilə ehtiyatsız davranışı səbəbindən güllə yarası aldığını açıqlayıb.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır. (report.az)

Qaynar.info