Xəbər lenti

18 yaşlı oğlan dənizdə batdı - Bakıda
Ölkə08:25 25.06.2016

18 yaşlı oğlan dənizdə batdı - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Pirallahı rayonunda 18 yaşlı oğlan dənizdə batıb.

Qaynarinfo.az xəbər verir ki,Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, 22 İyun 2016-cı il tarixində Bakı şəhəri, Pirallahı rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) batan 1998-ci il təvəllüdlü İsmayıllı Fərid Ədalət oğlunun axtarışları başa çatıb. 

F.İsmayıllının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 10 km aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. 

Əməliyyat saat 8:30-da başa çatıb. 

Qaynarinfo.az