Xəbər lenti

19 yaşlı sabiq futbolçunu xuliqanlar öldürdü
İdman06:28 23.08.2016

19 yaşlı sabiq futbolçunu xuliqanlar öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Polşanın I dəstə klubu "Katovitse"nin sabiq futbolçusu Dominik Koşovski və atası xuliqanların hücumuna məruz qalıb.

Qaynarinfo.Az xəbər verir ki, 19 yaşlı Koşovski və atası bıçaq yaraları alıb. Onları xəstəxanaya çatdırsalar da, Dominikin həyatını xilas etmək mümkün olmayıb. İlkin təhqiqata görə, xuliqanlardan biri "Şlyonsk" klubunun azarkeşi olub.

Qeyd edək ki, Dominik Koşovski 9 yaşından "Katovitse" klubunda çıxış edib. O bu ilin iyunundan zədəyə görə futbolçu karyerasını bitirib.

Qaynarinfo.Az