Xəbər lenti

190 manatın verildiyi bölgələr, cins və yaş qrupları açıqlandı (FOTO)
Ölkə15:33 18.04.2020

190 manatın verildiyi bölgələr, cins və yaş qrupları açıqlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət şəxslərə aprelin 9-dan birdəfəlik ödəmələrə başlanılıb və artıq 200 min şəxs üçün birdəfəlik ödəmə vəsaiti köçürülüb.
Nazirlikdən verilən məlumata görə, onlardan 123 766 nəfəri kişi, qalanları qadınlardır. Birdəfəlik ödəmə verilənlərin 50 309 -u Bakı, 8 949 -u Sumqayıt və 6 213 -ü Gəncə şəhərlərində yaşayanlar, 4 308 -i Abşeron rayonunun, 130 221 -i respublikanın digər bölgələrinin sakinləridir.
Yaş qruplarına gəldikdə, birdəfəlik ödəmə alanlardan 12 811-i 20 yaşa qədər, 85 975 -u 20-30 yaş arası, 52 920-i 30-40 yaş arası, 27 287-i 40-50 yaş arası, 21 007-i 50 yaşdan yuxarı olanlardır.
Ödəniş prosesi gündəlik əsasda aparılır və qarşıdakı günlərdə də davam edəcək.