Yeni mövsümə hazırlaşan "1AZTV” verilişinin formatında dəyişiklik edilib.
Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, bundan sonra verilişi Mehin Hümbətova ilə bərabər Rəvan Rəd təqdim edəcək. Ötən mövsümdə proqramda rubrika təqdim edən Rəd artıq aparıcı kimi tamaşaçı qarşısına çıxacaq.
Qeyd edək ki, Rəvan Rəd uzun illərdir "106 FM” radiosunda DJ-lik edir. O, eyni zamanda AZTV-də həftə sonları yayımlanan, Nigar Camalla Eldar Qasımovun təqdim etdiyi səhər verilişində tamaşaçı qarşısına çıxırdı.