Xəbər lenti

2 abituriyent 700 bal topladı
Ölkə12:45 22.07.2014

2 abituriyent 700 bal topladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cari ilin məzunları üçün iyulun 20-də II və III ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələrini bu gün elan etdi.

İmtahanda iştirak etmiş abituriyentlər nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

TQDK-dan Modern.az saytına bildirib ki, nəticələr elan olunduqdan sonra 2 nəfər abituriyentin 700 bal topladığı müəyyənləşib. Onların hər ikisi II qrupda imtahan verib. III ixtisas qrupunda 700 bal toplayan olmayıb.  

Xatrladaq ki, bundan öncə I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrinə görə, 7 abituriyent 700 bal toplamışdı. I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.

Qaynar.info