Xəbər lenti

2 ev yandı - Göygöldə
Ölkə15:00 07.08.2016

2 ev yandı - Göygöldə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Göygöl rayonunda 2 ev yanıb.

Qaynarinfo.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində baş verib.

Kənddə vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və ev əşyaları 86 m2 sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 560 m2 olan 4 otaq və aynabənddən ibarət evdə ev əşyaları 6 m2 sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynarinfo.Az