Sabunçu rayonunda kpməksiz qalan paytaxt sakinləri xilas edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda mənzildə 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və vətəndaşları aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 19:05-də başa çatmışdır.
Qaynar.info