Xəbər lenti

2 qız, 2 oğlan Xəzərdə batdı
Ölkə09:37 08.08.2013

2 qız, 2 oğlan Xəzərdə batdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda çimərlikdə 4 nəfər boğulub.

Xəzər rayon Polis Şöbəsindən verilən məlumata görə, Xəzər dənizinin Mərdəkan qəsəbəsindən keçən hissəsində 1983-cü il təvəllüdlü Röyal Süleyman oğlu Əsədov Mərdəkan çimərliyində, 20 yaşlı Təranə Nurman qızı Musayeva Şüvəlan çimərliyində batıb.
 
Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, Xəzər dənizinin Pirşağı qəsəbəsindən keçən hissəsində 2000-ci il təvəllüdlü Aysel Natiq qızı Əkbərli və 1990-cı il təvəllüdlü Lətif Ələmşah oğlu Məmmədov dənizdə çimərkən batıb.
 
Çimərlikdə batan 4 nəfərin cəsədi dənizdən çıxarılıb

APA